“Qəbələ” İdman Klubunun MMA döyüşçüsü və məşqçisi Bəxtiyar Abbasov fəaliyyətini Azərbaycan milli komandasında davam etdirəcək. Sport24.az xəbər verir ki, Abbasov döyüş sambosu üzrə yığmanın baş məşqçisi təyin olunub.

Bu təyinat Azərbaycan Sambo Federasiyası tərəfindən gerçəkləşib. Sambo üzrə dünya və Azərbaycan çempionu, dünya kubokunun qalibi, döyüş sambosu üzrə dünya və Avropa çempionu bu idman növündə milli komandanın uğurları üçün çalışacaq.

Xatırladaq ki, Abbasov Pro FC-GPG-nin qalibi, pankration, ciu-citsu və əlbəyəxa döyüş üzrə dünya, cüdo üzrə Azərbaycan çempionudur.