Sabiq UFC çempionu Konor Makqreqor ilin sonuna qədər iki döyüş keçirmək fikrindədi. Sport24.az xəbər verir ki, “The MMA Hour” şou proqramına qatılan irlandiyalı qaydasız döyüş ustası planlarından danışıb: “Bu il iki dəfə oktaqona çıxmaq istəyirəm. Qarşımda bunu əngəlləyəcək heç bir maneə də görmürəm. İlkin plana əsasən, yayın sonuna qədər Maykl Çendlerlə oktaqonu bölüşəcəm. Ondan sonra ilin axırına bir qədər də vaxt qalır, onda da döyüşmək imkanım olacaq”.

Xatırladaq ki, buna qədər Makqreqor realiti şou çərçivəsində Çendlərlə üz-üzə gəldikdən sonra titul döyüşünə çıxmaq istədiyini söyləmişdi. O, yaxın 6 ay ərzində dopinq testdən keçməyəcəyini də bildirmişdi.