Kişi həndbolçular arasında Avropa kubokunda çıxış edən "Kür" bu gün növbəti matçını keçirəcək. Sport24.az xəbər verir ki, Mingəçevir klubu 2-ci mərhələnin cavab oyununa çıxacaq.

 

Təmsilçimiz ilk görüşdə məğlub etdiyi "Panassios"la yenə Mingəçevirdə üz-üzə gələcək.

 

Bir gün əvvəl eyni meydana qonaq qismində çıxan "Kür" bu dəfə ev sahibi olacaq.

 

Qeyd edək ki, qarşılaşma saat 17:00-da başlayacaq.

 

Avropa kuboku
2-ci mərhələ, cavab oyunu
27 iyun
17:00. "Kür" - "Parnassos" (Kipr)
Hakimlər: 
Stefan Berdiç, Filip Sorak (hər ikisi Serbiya)
Mingəçevir. "Kür" Olimpiya İdman-Tədris Mərkəzi
İlk oyun - 35:31