İyulun 23-27-də Portuqaliyanın Montemor-o-Velyo şəhərində gənclər və 23 yaşa qədər kayak və kanoeçilər arasında dünya çempionatı keçiriləcək. Sport24.az xəbər verir ki, Azərbaycanı yarışda 1 qadın, 2 kişi olmaqla, ümumilikdə 3 idmançı təmsil edəcək.
Kanoe növündə Tatyana Smilovenko medal uğrunda mübarizə aparacaq. Kayak növündə isə Amil Ramazanov və Əlimurad Hacızadə dünya çempionatında mükafat qazanmağa çalışacaq.