"Zirə" UEFA Konfrans Liqasında ilk oyununa bu gün çıxacaq. Sport24.az-ın məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv Xorvatiya təmsilçisi "Hayduk"u qəbul edəcək.

 

"Neftçi Arena"da baş tutacaq matç saat 19:30-da start götürəcək.

 

Qarşılaşmanı Xristos Vergetisin rəhbərliyi altında yunanıstanlı hakimlər briqadası idarə edəcək.

 

Qeyd edək ki, cavab oyunu iyulun 31-də baş tutacaq.

 

23 iyul

UEFA Konfrans Liqası

2-ci təsnifat mərhələsi, ilk oyun

19:30 "Zirə" – "Hayduk" 1:1
Qollar: 
Brahim Konate, 31 - Antoni Kalik

 

Baş hakim: Kristos Vergetis (Yunanıstan).

 

"Zirə": 97. Tiaqo Silva, 4. Ruan, 5. Ange Mutsinzi, 9. Davit Volkov, 10. Giorgi Papunaşvili, 11. Martins Junior, 17. Ayron Qomis, 20. İssa Cibrila, 30. Quima, 32. Qismət Alıyev (k), 93. Brahim Konate

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 99. Salim Həşimov, 7. Rövlan Muradov, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 16. Fuad Bayramov, 21. Hacıağa Hacıyev, 26. Stefan Aka, 29. Ceyhun Nuriyev, 48. Ramiz Muradov, 57. Yusif Hacıyev, 87. Abdul Batibie.

"Hayduk": 1. Ivuşiç, 7. Kalik, 8. Siqur, 10. Livaya (k), 23. Krovinoviç, 26. Çapan, 28. Braykoviç, 31. Şarliya, 32. Ş. Hrqoviç, 36. Skelin, 37. Skoko

Ehtiyat oyunçular: 33. Siliç, 41. Pokrnyiç, 4. Payaziti, 6. Japer, 11. Şeqo, 17. Melinak, 21. Pukştas, 22. Mlaçiç, 29. Karaçiç, 34. Durdov, 38. Hodak, 45. Benrahu