"Abşeron Lions" basketbol klubunun Avropa kubokunun ilk təsnifat mərhələsindəki rəqibi bəlli olub. Sport24.az xəbər verir ki, bu, Almaniyanın paytaxtı Münhendə keçirilən müntəzəm mövsümün püşkatma mərasimində müəyyənləşib.

 

Püşkün nəticəsinə görə, Abşeron təmsilçisi Kiprin "Anortosis" klubu ilə qarşlaşacaq. "Abşeron Lions" qələbə qazanarsa, H qrupunda "Kasademont" (Saraqosa, İspaniya), "Falko" (Macarıstan) və "Bakken Bearz" (Danimarka) klublarına rəqib olacaq.

 

Bakının "Neftçi" klubu isə Avropa kubokunun qrup mərhələsində mübarizə aparacaq. I qrupda yer alacaq Azərbaycan Basketbol Liqasının finalçısının rəqibləri "Kaleb/Kramo" (Estoniya), "Bursaspor" (Türkiyə) və "Trefl" (Polşa) olacaq.

 

Avropa Kubokunda təsnifat mərhələsinin oyunları 24 sentyabr və 1 oktyabrda keçiriləcək. Müntəzəm mövsümün matçlarının tarixi isə daha sonra elan ediləcək.

 

Qeyd edək ki, "Abşeron Lions" 2024/2025 mövsümündə Azərbaycan Basketbol Liqasında 4-cü olub.