"Abşeron Lions" basketbol klubunun Avropa kubokunun ilk təsnifat mərhələsindəki rəqibi bəlli olub. Sport24.az xəbər verir ki, bu, Almaniyanın paytaxtı Münhendə keçirilən müntəzəm mövsümün püşkatma mərasimində müəyyənləşib.
Püşkün nəticəsinə görə, Abşeron təmsilçisi Kiprin "Anortosis" klubu ilə qarşlaşacaq.
Qeyd edək ki, "Abşeron Lions" 2024/2025 mövsümündə Azərbaycan Basketbol Liqasında 4-cü olub.