Bu gün Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasının 2025/26 mövsümündə mübarizəyə qoşulacaq. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisi II təsnifat mərhələsində İrlandiya təmsilçisi "Şelburn"la ilk oyuna çıxacaq.

 

Dublindəki "Tolka Park"da keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

 

Bu komandalar arasında cavab oyunu isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütündə qələbə qazanan komanda ilə oynayacaq.

 

Qeyd edək ki, İrlandiya paytaxtında baş tutacaq qarşılaşmada ədaləti Xorvatiyadan olan hakimlər briqadası qoruyacaq.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun 

22:45. "Şelburn" (İrlandiya) - "Qarabağ" (Azərbaycan) - 0:3

Qollar: Leandro Andrade, 11, Aleksey Kaşuk, 81, Nəriman Axundzadə, 84

Hakimlər: Ante Çulina, Luka Puşiç, İvan Mihali, Mateo Erceq 

VAR: Mario Zebec

AVAR: Tixomir Pejin

Dublin. "Tolka Park"

 

"Şelburn": 19. Lorkan Holi, 2. Çon Qannon, 4. Kameron Ledvic, 29. Patrik Barret (k), 3. Tirek Uilson, 7. Harri Vud, 6. Conatan Lunni, 23. Kerr Maklnroy, 14. Alister Kute, 27. Evan Ceffri, 11. Ademipo Odubeko

Baş məşqçi: Cosef O'brayn

"Qarabağ": 97. Fabian Buntiç, 18. Dani Bolt, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 27. Toral Bayramov, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 11. Emmanuel Adday, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov