"Neftçi" klubunun akademiyasında dəyişikliklər baş verib. Sport24.az Sportal.az-a istinadən xəbər verir ki, həm koordinator vəzifəsinə, həm də bir neçə yaş qrupunda baş məşqçi kimi yeni adamların gətirildiyi bildirilir.
Vəzifəsindən ayrılanlar arasında "Neftçi"nin əvəzedici komandasının baş məşqçisi Rəşad Abdullayevin adı da çəkilir. Neçə illərdir işini yüksək səviyyədə həyata keçirən mütəxəssislə bağlı xəbər təəccüblü gəldiyi üçün onunla əlaqə saxladıq.
Abdullayev məlumatı təkzib edib: "Hazırda təlim-məşq toplanışındayıq. Gündəlik iki məşqimiz olur, ağır qrafiklə çalışırıq. İşimin başındayam, belə söhbətlərin haradan çıxdığını bilmirəm".