Karate üzrə Azərbaycan yığması mövsümün ikinci Karate1 Premyer Liqa turnirində iştirak edəcək. Azərbaycan Karate Federasiyasından Sport24.az-a verilən məlumata görə, karateçilərimiz aprelin 22-24-də Portuqaliyanın Matasinhos şəhərində baş tutacaq yarışda qüvvəsini sınayacaq.

Turnirdə ölkəmizi 14 idmançı təmsil edəcək. Kişilərdən ibarət milli komandada Əminağa Quliyev, Sultan Hüseynov, Hüseyn Məmmədli (hər üçü 60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov (hər ikisi 67 kq), Fərid Ağayev (75 kq), Pənah Abdullayev, Turqut Həsənov (hər ikisi 84 kq), Asiman Qurbanlı və Osman Osmanlı (hər iksi +84 kq) tatami üzərinə çıxacaq.

Qadınların yarışında Mədinə Sadiqova (50 kq), İlahə Qasımova (55 kq), Ayla Rzazadə (61 kq) və İrina Zaretskanı (68 kq) mübarizə aparacaq. Beynəlxalq hakimlərdən Cahamgir Babayev və Vüqar Kərimov yarışın referiləri arasında olacaq. 

Qeyd edək ki, Matasinhosda Karate1 Premyer Liqa turnirinə 58 ölkədən 351 idmançı qatılacaq.