Boks üzrə sabiq dünya çempionu Conni Nelson Tayson Fyuri ilə Aleksandr Usikin bu ilin dekabrında da görüşməyəcəyi ehtimalına münasibət bildirib. Sport24.az xəbər verir ki, britaniyalı sabiq əlcək ustası Fyurinin meneceri Frenk Uorrenin bədbin proqnozuna inanmadığını söyləyib: “Gəlin, hər şeyi Taysonun öz dilindən eşidək. Fyurinin yerinə onun proumoterləri Frenk Uorrenlə Bob Arum qərar verə bilməz. Bu, Taysonun qərarı olmalıdı. Fyuri sabah görüşməyə hazır olacağını söyləsə, deməli belə də olacaq. Məsələ ondadır ki, Frenk hər şeyi öz əlinə almağı istəyir. Onun Fyurini ələ almaq ixtiyarı yoxdu. Hər şey Taysonun özündən asılıdı. Yalnız Fyuri Usiklə görüşmək istəmədiyini söyləsə, onda ona inanaram. Amma yenə də bilirəm ki, o sabah fikrini dəyişə bilər”.

Zatırladaq ki, Fyuri ilə Usikin bu ilin aprelində üz-üzə gələ bilərdilər. Amma sonrada döyüşün dekabr ayına qədər təxirə salındığı haqda məlumatlar yayıldı. Hazırda müxtəlif versiyalarda dünya çempionu olan bu iki əlcək ustası maliyyə şərtlərinə görə müqavilənin şərtləri ilə bağlı razılığa gələ bilmir.