2009-cu ildə “Böyük Dəbilqə” seriyalı “US Open” turnirinin qalibi Xuan-Martin Del Potro tennisdə çata bilmədiyi arzusundan danışıb.  Sport24.az xəbər verir ki, ATP reytinqinin sabiq 3 nömrəli raketka ustası buna görə Rocer Federer, Rafael Nadal və Novak Cokoviçi günahlandırıb: “Tennisdə arzularımdan biri də ATP reytinqinə başçılıq etmək idi. Hər şeyə nail oldum, təkcə onu bacarmadım. Həmişə bunun üçün çalışırdım. Fededer, Nadal və Cokobiç mənə imkan vermədi. Amma istənilən halda başa vurduğum karyeramla fəxr edirəm”.

Xatırladaq ki, 34 yaşlı Xuan-Martin ötən ilin fevralında zədələrini əsas gətirərək karyerasını başa vurub. O, ümumiyyətlə son 3 ildə 4 əməliyyat keçirmişdi.