Bu gün İtaliyanın Genuya şəhərində çimərlik sprinti üzrə dünya çempionatına start veriləcək. Sport24.az xəbər verir ki, turnirdə 2 idmançımız iştirak edəcək.

 

Diana Dımçenko və Murad Sadıxov medallar uğrunda yarışacaq. Sentyabrın 15-ə qədər davam edəcək yarışda hər 2 avarçəkənimiz bir nəfərlik qayıqda çıxış edəcək.

 

Qeyd edək ki, avarçəkmənin çimərlik sprinti növü 2028-ci il Los-Anceles olimpiadasının təqvim planına daxil edilib.