Almaniyalı tennisçi Anjelika Kerber Paris Yay Olimpiya Oyunlarından sonra karyerasını bitirəcək. Sport24.az xəbər verir ki, bu barədə 36 yaşlı idmançı sosial şəbəkə hesabında paylaşım edib. 

 

O, Paris-2024-ün onun üçün sonuncu peşəkar turnir olacağını yazıb. Kerber olimpiadada həm fərdi, həm də həmyerlisi Laura Siqmund ilə qoşa yarışlarda çıxış edəcək.

 

Qeyd edək ki, almaniyalı idmançı "Uimbldon" (2018), Avstraliya və ABŞ Açıq (2016) turnirlərinin qalibi olub.