ABŞ-da keçirilən yarış avtomobilləri arasında NASCAR Cup turnirində mübarizə davam edir. Sport24.a xəbər verir ki, Çikaqo şəhərində keçirilən yarışda azarkeşlər maraqlı mübarizənin şahidi olub.
Avstraliyanın Supercars turnirinin 3 qat qalibi Şeyn van Qisberqen debüt yarışında rəqiblərinə heç bir şans verməyib. O, 71 dövrəni hamıdan irəlidə qət edərək debüt yarışında çermpionluq sevinci yaşayıb.
Maraqlıdır ki, sonuncu dəfə NASCAR-da 60 il əvvəl Conni Rezerford debütdə qələbə sevinci yaşamışdı. Van Qisberqendən 1,2 saniyə geri qalan yeni zelandiyalı Castin Heyli ikinci yeri tutub. Çeyz Elliot isə finiş xəttini 3-cü keçib.
Xatırladaq ki, yarışın əvvəlcədən 100 dövrədən ibarət olacağı planlaşdırılırdı. Amma günəşin batmasına görə təşkilatçılar 71 dövrə ilə kifayətlənib.