2030-cu il və 2034-cü il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək ölkələr müəyyənləşib. 

Sport24.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsi qərar qəbul edib.

Qurumun 142 sessiyasında verilən qərara əsasən, 2030-cu ildəki turnir Fransa Alplarında keçiriləcək. Bununla da ölkə 4-cü dəfə Qış Olimpiadasını qəbul edəcək. Fransada bu yarış daha əvvəl 1924, 1968 və 1992-ci illərdə təşkil olunub.

2034-cü ildəki turnir isə ABŞ-ın Yuta ştatının Solt-Leyk-Siti şəhərində keçiriləcək. 2002-ci ildə də Qış Olimpiya Oyunları Solt-Leyk-Sitidə təşkil olunub.

Qeyd edək ki, Fransa Paris-2024 Yay Olimpiya Oyunlarına ev sahibliyi edir. ABŞ isə Los-Anceles-2028 Yay Olimpiya Oyunlarının ev sahibidir.