Ölkənin qanuni idman mərc oyunları operatoru “Misli”nin stimullaşdırıcı lotereyasının son – 8-ci tirajı keçirilib. “SÜR-PRİZLƏR Mövsümü”nün hədiyyə yağışında 250 nəfər bəxtəvər qalib adını qazanıb. Sport24.az xəbər verir ki, iki ay davam edən lotereyada ümumilikdə 8 ədəd 10 min manat dəyərində səyahət kuponu, 80 “iPhone 14 Pro Max”, 80 ədəd 65 düym ekranlı Samsung TV televizor, 40 “PlayStation 5”, 40 ədəd elektronika mağazasından 1000 manat dəyərində alış-veriş kartı və ən əsası 2 ədəd “Audi Q7 Comfort Plus” avtomobili udulub.
Avtomobili qazananlardan biri 26 yaşlı Sərxan İslamov olub. Ona bu böyük mükafatı “Misli.az”da mərc etdiyi futbol oyunu qazandırıb. Bəxtəvər qaliblə görüşən “Azərlotereya”nın İdarə Heyətinin sədri Osman Karakuş onu təbrik edərək uğurlar arzulayıb. Daha sonra şirkətin əməliyyatlar üzrə baş rəhbəri Salih Tüfekçi avtomobilin açarını sahibinə təqdim edib. “VAZ 2107” markalı maşınının “Audi Q7”yə dəyişildiyi üçün sevinci yerə-göyə sığmayan Sərxan bəy avtomobili atasına hədiyyə edəcəyini bildirib.
Sentyabrın 12-dən başlayan “SÜR-PRİZLƏR Mövsümü” noyabrın 6-sı saat 23:59-a qədər davam edib. Tirajlar həftədə 1 dəfə - cümə axşamı CBC Sport və "Misli.az" yutub kanalında canlı yayımlanıb.
Tirajların nəticələri barədə ətraflı məlumat üçün azerlotereya.com rəsmi saytına daxil ola və ya *2080 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.