Cüdoçularımız veteranlar arasında dünya çempionatında 4 medalla başa vurublar. Sport24.az xəbər verir ki, ABŞ-ın Las-Veqas şəhərində keçirilən yarışın son günündə Zülfiyyə Hüseynova (70 kq) fəxri kürsüdə yer alıb.
O, F5 yaş kateqoriyası üzrə bürünc medala sahib çıxıb.
Azərbaycan cüdoçuları yarışda 2 qızıl və 2 bürünc medal əldə ediblər. Veteranlarımız çempionatı ümumi hesabda 12-ci yerdə başa vurublar.