Zaqrebdə keçirilən cüdo üzrə Qran-pri bu gün başa çatır. Sport24.az xəbər verir ki, turnirin üçüncü günündə bir cüdoçumuz tatami üzərinə çıxacaq.

 

Vüqar Talıbov (90 kq) çıxışa ikinci dövrədən başlayacaq. O, İvan Brnada (Xorvatiya) - Qustavo Assis (Braziliya) cütünün qalibi ilə görüşəcək.

 

Qeyd edək ki, Qran-pridə komandamızın üç mükafatı var. Əhməd Yusifov (60 kq) gümüş, Turan Bayramov (60 kq) və Ruslan Paşayev (66 kq) isə bürünc medal qazanıblar.