“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının cüdoçusu Kəramət Hüseynov növbəti uğuruna imza atıb. Sport24.az xəbər verir ki, idmançımız Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində fərqlənib.

60 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz 1/16 finalda Rodriqo Lopesi (Portuqaliya), 1/8 finalda Ramazan Abdullayevi (Rusiya) mübarizədən kənarlaşdırıb. 1/4 finalda Tornine Tsjakadoeaya (Niderland) məğlub olan Kəramət təsəlliverici görüşdə qüvvəsini sınamalı olub. Monqolustan təmsilçisi Ariunbold Enkhtayvanla dueldə qalib gələn cüdoçumuz 3-cü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Onunla görüşməli olan Rusiya təmsilçisi Konstantin Simeonidis zədə səbəbindən tatamiyə çıxmadığı üçün Hüseynov bürünc medal qazanıb.