Cüdoçumuz Kənan Nəsibov Düşənbədə keçirilən gənclər arasında dünya çempionatında gümüş medala yiyələnib. Sport24.az xəbər verir ki, milli üzvü +100 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsindi qazanıb.
K.Nəsibov qızıl medal uğrunda görüşdə Denis Batsayevə (AIN) uduzub.
Bu, Azərbaycan millisinin dünya çempionatında qazandığı üçüncü medaldır. Daha əvvəl Süleyman Şükürov (81 kq) və Əjdər Bağırov (100 kq) mundialda bürünc medal əldə ediblər.