"Mançester Siti"nin müdafiəçiləri Manuel Akanci və Con Stounz zədələrini sağaldıblar. Sport24.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola danışıb.
O, futbolçularının artıq komanda ilə məşqlərə başladıqlarını deyib: "Manuel və Con məşqə qayıdırlar. Bu, bizim üçün çox yaxşıdır".
Xatırladaq ki, Akanci İngiltərə Premyer Liqasının 14-cü turunun "Nottinqem Forest"lə oyununda (3:0) zədələnmişdi. Stounz isə 12-ci turun "Tottenhem"lə matçında (4:0) sıradan çıxmışdı.