"Bavariya"nın hücumçusu Leroy Sane klubdakı gələcəyi ilə bağlı qərarını verib. Sport24.az xəbər verir ki, bu barədə 28 yaşlı futblçu öz açıqlamasında bildirib.

 

O, Münhen təmsilçisində qalmaq istədiyini deyib:

 

"Maks Eberl mənimlə bu haqda çox danışıb. Mən də ona öz fikrimi bildirdim. Hələlik işlər yaxşı gedir. Qarşıda nə olacağını görəcəyik. Sadəcə indi oynamaq və komandama hər oyunda kömək etmək istəyirəm. Mən "Bavariya"da qalmaq istəyirəm". 

 

Qeyd edək ki, Sane cari mövsüm 19 matçda 5 qol vurub və 1 qolun ötürməsini verib.