Bu gün İsraildə cüdo üzrə “Masters” turniri start götürür.

Sport24.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 6 cüdoçusu mübarizəyə qoşulacaq.

Belə ki, kişilər arasında -60 kq çəkidə Kəramət Hüseynov, Balabəy Ağayev və Turan Bayramov, -66 kq çəkidə Yaşar Nəcəfov və Orxan Səfərov, qadınlar arasında isə -48 kq çəkidə Leyla Əliyeva güclərini sınayacaq.