Paris Böyük Dəbilqə turnirində gümüş medal qazanan cüdoçularımız dünya reytinqində mövqelərini yaxşılaşdırıblar. Sport24.az xəbər verir ki, Beynəlxalq Cüdo İttifaqı bu gün Fransadakı turnirdən sonra yeni reytinq cədvəlini açıqlayıb.

 

81 kq çəki dərəsində ikinci olan Zelim Tçkayev 3 pillə irəliləyib. O, 9-cu yeri tutur. Yığmanın digər gümüş mükafatçısı Elcan Hacıyev (90 kq) isə mövqeyini 13 pillə yaxşılaşdırıb. Azərbaycanlı cüdoçu 31-cidir.

 

Azərbaycan komandasının lideri Hidayət Heydərov (73 kq) öz çəkisindən dünya reytinqinə başçılıq edir. Yığmanın digər üzvü Zelim Kotsiyev (100 kq) cədvəldə 2-ci yerdə qərarlaşıb.

 

Qeyd edək ki, Paris Böyük Dəbilqə yarışında Zelim Tçkayev və Elcan Hacıyev finalda uduzaraq, ikinci olublar.