Bu gün Tallində gənclər arasında cüdo üzrə Avropa çempionatında komanda yarışları keçiriləcək. Sport24.az xəbər verir ki, Azərbaycan yığması 1/8 final mərhələsində Bolqarıstanla münasibəti aydınlaşdıracaq. 

 

Komandamızın iştirak ərizəsinə 17 idmançı daxil edilib: Nizami İmranov, Aydın Rzayev, Vüsal Qələndərzadə (hamısı 73 kq), Süleyman Şükürov (81 kq), Şamil Tuncay, Aslan Kotsoev ( hər ikisi 90 kq), Məmmədrza Hacızadə (hər ikisi 90 kq), Əjdar Bağırov, Kənan Nəsibov (+100 kq), Ramazan Əhmədov (90 kq), Könül Əliyeva, Fəridə Mirzəyeva, Xədicə Qədaşova, Fidan Əlizadə (57 kq), Pərvanə Abdullayeva (70 kq) və Nigar Süleymanova (+78 kq).

 

Qeyd edək ki, bir gün əvvəl komandamız dörd qızıl, iki gümüş və iki bürünc medal qazanaraq fərdi Avropa çempionatının ümumi hesabında birinci yeri tutub.