Cüdo üzrə Azərbaycan millisinin heyətində dəyişik edilib. Sport24.az xəbər verir ki, yığmamız ilin ilk "Böyük Dəbilqə"sində 11 deyil, 10 idmançı ilə təmsil olunacaq.

 

Fevralın 1-2-də Fransanın paytaxtı Parisdə keçiriləcək yarış üçün Murad Fətiyev (90 kq) heyətdən çıxarılıb. Buna onun zədəsini sağalda bilməməsi səbəb olub.

 

Qeyd edək ki, 54 ölkədən 300-dən çox cüdoçunun qatılacağı turnirdə ölkəmizi Əhməd Yusifov, Hüseyn Allahyarov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşid Yelkiyev (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Ömər Rəcəbli (81 kq), Əjdər Bağırov (100 kq), Uşanqi Kokauri və Kənan Nəsibov (hər ikisi +100 kq) təmsil edəcəklər.