Cüdo üzrə "Böyük Dəbilqə" turnirinin qalibi yenidən Bakıda çıxış edəcək. Sport24.az xəbər verir ki, Tara Babulfalt (48 kq) ötən il Azərbaycanın paytaxtında qızıl medal qazanıb.

 

İsveçli cüdoçu fevralın 14-16-da Milli Gimnastika Arenasında keçiriləcək yarışda iştirak üçün yenidən komandasının heyətinə daxil edilib.

 

Qeyd edək ki, 19 yaşlı Babulfalt həm də Olimpiya oyunlarının və dünya çempionatının bürünc mükafatçısı, U-23 Avropa çempionudur. O, dünya reytinqində altıncı yerdədir.