Parisdə keçirilən cüdo üzrə "Böyük dəbilqə" turnirinə start verilib. Sport24.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin iki təmsilçisi tatamı üzərinə çıxıb.

 

60 kq çəkidə mübarizə aparan cüdoçularımız çıxışını medalsız başa vurub. İmran Yusifov 1/8 finalda fransalı Romain Pikarda məğlub olaraq yarışla vidalaşıb. Nazir Talıbov isə startda ukraynalı Artyom Lesyuka uduzub.

 

Qeyd edək ki, yığmamız yarışa 9 cüdoçu ilə yollanıb.