Dekabrın 20-22-də İsraildə Beynəlxalq Cüdo Federasiyasının təqviminə daxil olan sonuncu yarış -“World Masters” turniri keçiriləcək.

Sport24.az xəbər verir ki, yarışda Azərbaycanı 13 idmançı təmsil edəcək.

Kişilərdən Balabəy Ağayev, Kəramət Hüseynov, Turan Bayramov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (66 kq), Elcan Hacıyev, Səid Mollayi, Zelim Tçkayev (81 kq), Məmmədədli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) tatamiyə çıxacaq. Qadınların yarışında isə Leyla Əliyeva (48 kq) mübarizə aparacaqlar.

Turnirdə 58 ölkədən 367 cüdoçu iştirak edəcək.