Antalyada keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkü atılıb.

Sport24.az xəbər verir ki, ümumi mükafat dəyəri 154 min avro olan yarışda Azərbaycan 17 idmançı ilə təmsil olunacaq.

Yarışın birinci günündə kişilər arasında -60 kq və -66 kq, qadınlar arasında isə -48 kq, -52 kq və -57 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Birinci günün qarşılaşmaları

Kişilər
-60 kq. Turan Bayramov - Felipe Dakruz (Livan)
-60 kq. Rövşən Əliyev - Dilşot Xalmatov (Ukrayna) 
-66 kq. Yaşar Nəcəfov - Adonis Diaz (Amerika)
-66 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Orxan Səfərov isə amerikalı idmançı İsaiah Ramirez ilə Lusian Bors Domitresku arasında olan görüşün qalibi ilə qarşılaşacaq.

Qadınlar
-48 kq. Şəfəq Həmidova - Andrea Stojadinov (Serbiya) 
-48 kq. Leyla Əliyeva - Aliani Kubkarbonnel Julian (Kuba)
-52 kq. Gültac Məmmədəliyeva - Qaxar İrmaqambetova (Qazaxıstan)

Yarışın ikinci günündə qadınlar arasında -63 kq və -70 kq, kişilər arasında isə -73 kq və -81 kq çəki dərəcələrində medalçılar bəlli olacaq.

İkinci günün qarşılaşmaları

Qadınlar
-70 kq. Günel Həsənli - Lidya Brançeva (Bolqarıstan)

Kişilər
-73 kq. çəki dərəcəsində mübarizə aparan idmançımız Rüstəm Orucov bolqaristanlı Denislav İvanov ilə kubalı Hektor San Roman Çavez arasında olan görüşün qalibi ilə qarşılaşacaq.
-73 kq. Telman Vəliyev - Coşua Qrin (İrlandiya)
-81 kq. Elcan Hacıyev - Jim Heyjman (Hollandiya)
-81 kq. Murad Fətiyev - Kedrik Kalonqa (Konqo Demokratik Respublikası)

Yarışın üçüncü günündə isə qadınlar arasında -78 kq və +78 kq, kişilər arasında isə -90 kq, -100 kq və +100 kq çəki dərəcələrində idmançılar medallar uğrunda mübarizə aparacaq.

Üçüncü günün qarşılaşmaları

-90 kq. Rüfət İsmayılov - Qeorqi Qramatikov (Bolqaristan)
-100 kq. Elmar Qasımov - Qriqori Minaskin (Estoniya)
-100 kq. çəki dərəcəsində Zelim Kotsoyev qazaxıstanlı cüdoçu Nulixan Şarxan ilə Mərt Şişmanlar arasında olan görüşün qalibi ilə qarşılaşacaq.
+100 kq. İmran Yusifov - Marius Fizel (Slovakiya)
+100 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Uşanqi Kokauri rumıniyalı cüdoçu Mirça Kroytoru ilə italiyalı cüdoçu Lorenzo Aqro Silvayn arasında olan görüşün qalibi ilə qarşılaşacaq.

Yarış sabah Bakı vaxtı ilə saat 11:00-da start götürəcək.