Cüdo üzrə Azərbaycanın milli komandasının üzvləri Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək Avropa kubokuna qatılacaqlar.

Sport24.az xəbər verir ki, turnirdə dünyanın 25 ölkəsindən 243 idmançı qatılıb medallar və reytinq xalları uğrunda mübariz aparacaqlar.

Avropa kuboku 23-24 apreldə baş tutacaq. Ölkəmizi bu turnirdə məşqçilər Mehman Əzizov və Zaur Babayevin rəhbərlik etdiyi kişilərdən ibarət milli komanda təmsil edəcək.

-60 kq
Nazir Talıbov

-66 kq
İsmayıl İbrahimov
Ruslan Paşayev
Elçin Hüseynov

-73 kq
Nəriman Mirzəyev

-81 kq
Hasil Cəfərov
Zelim Tckayev

-90 kq
Rüfət İsmayılov

-100 kq
Adil Kərimli

+100 kq
İmran Yusifov