La Liqada avqustun ən yaxşı futbolçusunun adı müəyyənləşib. Sport24.az xəbər verir ki, bunu liqanın mətbuat xidməti açıqlayıb.
"Ayın ən yaxşısı" nominasiyasının qalibi "Vilyarreal"ın hücumçusu Nikolas Pepe olub. O, ötən ay meydana çıxdığı 3 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Pepedən başqa mükafata namizədlər arasında "Barselona"nın futbolçusu Lamin Yamal (2 qol+2 məhsuldar ötürmə, 3 matç), "Real"ın futbolçusu Kilian Mbappe (3 qol, 3 matç), "Atletik Bilbao"dan Niko Uilyams (1+1, 3 matç) və "Espanyol"un futbolçusu Pere Milla (2 qol) olub.