"Trabzonspor"un yeni transferi Andre Onana klubda ən çox maaş alan futbolçu və ümumiyyətlə, Türkiyə çempionatında ən yüksək ödənişli oyunçulardan biri olacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial şəbəkəsində paylaşım edib.

 

"Daily Mail"in məlumatına görə isə, transfer haqqı və bonuslar sayəsində 29 yaşlı kamerunlu Türkiyədə ayda təxminən 240 min funt-sterlinq qazanacaq ki, bu da "Mançester Yunayted"dəki maaşından iki dəfə çoxdur.

 

Qeyd edək ki, "Trabzonspor" sentyabrın 11-də Onanı icarəyə götürdüyünü açıqlayıb. Qapıçı 2023-cü ildə "Mançester Yunayted"də keçib. O, bütün turnirlərdə 102 matçda 150 qol buraxıb. 24 matçda isə qapısının toxunulmaz saxlayıb.