"Roma" ilə müqaviləsi mövsümün sonunda başa çatan Zeki Çelik A Seriyasında klubunu dəyişə bilər. Sport24.az xəbər verir ki, "Yuventus" yayda azad agent statusunda olacaq türkiyəli sağ cinah müdafiəçisinin xidmətində maraqlıdır.
Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Turin təmsilçisi yaxın vaxtlarda Çeliklə danışıqlara başlamağı planlaşdırır. "Roma" da 28 yaşlı futbolçu ilə yeni müqavilə imzalamaq istəyir. Təcrübəli oyunçu hələ ki gələcəyi ilə bağlı qərar verməyib.
Qeyd edək ki, "Roma" Zeki Çeliki 2022-ci ilin yayında "Lill"dən transfer edib. Türkiyə millisinin bu mövsüm "canavarlar"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol və, 1 məhsuldar ötürmə ilə yadda qalıb.