"Barselona" mövsümün sonunda klubla müqaviləsi başa çatan Robert Levandovskiyə əvəzləyici axtarır. Sport24.az xəbər verir ki, İspaniya çempionunun əsas hədəfi "Bavariya"da çıxış edən Harri Keyndir.

 

Bu barədə "Guardian" nəşri məlumat yayıb.

 

İngiltərəli forvardın Almaniya klubu ilə müqaviləsindən gələn ilin yayı üçün nəzərdə tutulmuş 62 milyon avroluq sərbəstqalma bəndi yer alıb. Bunu nəzərə alan "Barselona" 32 yaşlı hücumçu üçün hərəkətə keçməyi planlaşdırır.

 

Qeyd edək ki, "Bavariya" Harri Keyni 2022-ci ilin yayında "Tottenhem"dən 95 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 26 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.