Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 29-cu tura start veriləcək. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması Qubada keçiriləcək.
Böyük ölçüdə elitada yerini qoruyan "İmişli" "Sumqayıt"ı qəbul edir. Bu oyun ərəfəsində aktivində 29 xal olan nominal meydan sahibləri turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. "Kimyaçılar" isə 35 xalla 7-cidir. "Pələnglər" bu gün qalib gələcəyi təqdirdə "Şamaxı" ilə xallarının sayını bərabərləşdirəcək. "Gənclik şəhəri"nin təmsilçisi isə nəticədən asılı olmayaraq mövqeyini dəyişməyəcək.
Qeyd edək ki, qarşılaşmanın start fiti saat 16:00-da səslənəcək.
Misli Premyer Liqası
III dövrə, XXIX tur
16:00. "İmişli" - "Sumqayıt"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Alik Yunusov
VAR: Elvin Bayramov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Quba. Olimpiya İdman Kompleksinin stadionu.