Misli Premyer Liqasının 29-cu turunun ilk oyun gününə Qəbələdə yekun vurulacaq. Sport24.az xəbər verir ki, bölgənin eyniadlı təmsilçisi "doğma divalar" arasında "Araz-Naxçıvan"ı qonaq edir.
Mövsümün əvvəlində qarşısına avrokuboklara vəsiqə qazanmağı məqsəd qoyan qonaqlar istəyinə çatmadı. Naxçıvan təmsilçisinin elitadan düşmək qorxusu isə yoxdur. Bu üzdən bu oyun "qırmızı-ağlar" üçün o qədər də vacib əhəmiyyət daşımır. Qonaqlar meydana yalnız imicini qorumaq üçün çıxacaq. "Qəbələ" isə əksinə təhlükəli zonada yer alıb və növbəti xal itgisi meydan sahibləri üçün ağır fəsadlara yol aça bilər. Ona görə də bugünkü qarşılaşma Kaxaber Tsxadadzenin komandası üçün "olum və ya ölüm" məsələsidir.
Qeyd edək ki, turun digər qarşılaşmaları sabah və bazar ertəsi keçiriləcək.
Misli Premyer Liqası
III dövrə, XXIX tur
18:30. "Qəbələ" - "Araz-Naxçıvan"
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev
VAR: Vüqar Həsənli
AVAR: Əkbər Əhmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Qəbələ. Şəhər stadionu.