Azərbaycanlı cüdoçu Xorvatiyanın Dubrovnik şəhərində keçirilən qadınlar arasında Avropa kubokunda bürünc medal qazanıb. Sport24.az xəbər verir ki, 63 kq çəki dərəcəsində yarışan Aytac Qardaşxanlı fəxri kürsüdə yer alıb.

 

Yarışın ilk günündə 3 çəkidə 3 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Ramilə Əliyeva (48 kq) və Nərgiz Hacıyeva (57 kq) medalçılar sırasına düşə bilməyib.

 

Qeyd edək ki, bu gün start götürən turnir sabah başa çatacaq.