Bakıda keçiriləcək "Böyük dəbilqə"də mübarizə aparacaq ölkələrin dəqiq sayı acıqlanıb. Sport24.az xəbər verir ki, Təşkilat Komitəsi turnirdə 62 ölkə yığmasının iştirakını təsdiqləyib.

 

Ümumilikdə "Böyük dəbilqə"də 404 idmançı gücünü sınayacaq. 33 cdüoçu ilə ən böyük heyətə Azərbaycan millisi sahibdir.

 

Ən çox 73 kq-da cüdoçu sayı qeydə alınıb. Bu çəkidə 39 idmançı tatamiyə çıxacaq.

 

Qeyd edək ki, "Böyük dəbilqə" fevralın 16-18-də Milli Gimnastika Arenasında keçiriləcək.