Kişi boksçular arasında Azərbaycan çempionatına start verilib.

Sport24.az xəbər verir ki, 38 komandanın 146 idmançısının qatıldığı yarışın ilk günündə 17 döyüş baş tutub.

54, 71, 75 və 80 kq çəki dərəcələrində ilkin qarşılaşmalar olub və növbəti mərhələyə vəsiqə qazanan idmançıların adlarına aydınlıq gəlib.

Yığma üzvlərindən Ruslan Qədirov, Sərxan Əliyev və Murad Allahverdiyev ilk döyüşündə qələbə qazanıblar. Həmçinin Niyaməddin Allahverdiyevlə Kamran Şahsuvarlı da rəqiblərini məğlub ediblər.

Qeyd edək ki, ölkə çempionatına oktyabrın 25-də yekun vurulacaq. Boks Mərkəzində keçirilən yarışın ikinci gününün döyüşləri saat 14:00-da başlayacaq.

Azərbaycan çempionatı
54 kq
1/16 final
Ruslan Qədirov (MOİK) – Qoşqar Səfərli (“Neftçi” İK) – ikinci döyüşə gəlməyib
Hüseyn Balakişiyev (Şirvan) – Elgün Babayev (METE) – birinci döyüşdən imtina edib

71 kq
1/8 final
Sərxan Əliyev (MOİK) – Bəxtiyar Heydərov (DİN İK) – ikinci döyüşə gəlməyib
Səməd Həsənzadə (Sabirabad) – Seyidağa Nağıyev (“Qara papaq” İK) – ikinci döyüşə gəlməyib
İbrahim Xəlilov (Sumqayıt) – Nicat Qurbanov (Gəncə) – 0:5
Rəşid Həsənov (BFL) – Elmar Nərimanov (AzTU) – ikinci döyüşə gəlməyib
Ruslan Rəhimov (“Qızıl əlcək” İK) – Hüseyn Mustafazadə (“Naxçıvan” K) – 0:5
Elşad Poladov (Şirvan) – Tural Qaraşov (“Neftçi” İK) – birinci döyüşdən imtina edib
Xanbala Qurbanov (“Kur” İK) – Niyaməddin Allahverdiyev (“Zabit” İK) – 0:5

75 kq
1/16 final
Qəşəm Məmmədov (“Sərhədçi”) – Ayxan İsmayılov (“Qara papaq” İK) – 5:0
Rəhim Məmmədov (Cəlilabad) – Rasim Çobanlı (MOİK) – ikinci tam üstünlüklə qalib gəlib
Tələt Qafarzadə (“Qara papaq” İK) – Amin Kuşkov (DGK İK) – ikinci nokautla qalib gəlib

80 kq
1/8 final
Murad Allahverdiyev (DİN İK) – Elmir Süleymanov (BFL) – 5:0
Babək Xanlarov (Abşeron) – Cəbrayıl Yelikov (DGK İK) – birinci döyüşə gəlməyib
Sərxan Budaqov (“Qızıl əlcək” İK) – Seyfəli Yusifzadə (AzTU) – birinci tam üstünlüklə qalib gəlib
Cabbar İsmayılov (Sumqayıt) – Elşad Şahbazov (“Sərhədçi”) – 0:5
Elmar Abdullayev (“Səbail” İK) – Kamran Şahsuvarlı (“Qəbələ” İK) – 0:5