Superağır çəkidə çıxış edən amerikalı boksçu Kristofer Lavcoy ukraynalı Aleksandr Usiki çoxdandı döyüş keçirmədiyinə görə tənqid edib. Sport24.az xəbər verir ki, Usik hazırda WBA, WBO, IBF və IBO kəmərlərinin sahibidi.

39 yaşlı Lavcoy həmkarını  ''Bu əclaf Usik yenə aradan çıxmağı bacarıb? Yenə döyüşü yoxdu? Belə olmaz. Onu bütün titullarından məhrum etmək lazımdı. 60 gündən sonra onun sonuncu döyüşünün üstündən düz 1 il ötəcək! Bu, əsil biabırçılıqdı. Amma əvəzində ''Kaliforniya qrizlisi'' (özünü nəzərdə tutur) bu il artıq 3-cü döyüşünü keçirəcək və indidən 1 milyondan çox qazanıb''.

Usik sonuncu dəfə ötən ilin avqustunda döyüşüb. Həmin vaxt o, hakimlərin rəyi ilə Entoni Coşuaya qalib gəlmişdi. İndiyə qədər peşəkar karyerasında keçirdiyi 20 döyüşün hamısında qalib gələn Usikin apreldə Tayson Fyuri ilə döyüşü nəzərdə tutulmuşdu. Amma həmin döyüş baş tutmadı.

Usik növbəti döyüşünü avqustun 26-da Daniel Dyubuaya qarşı keçirəcək.