Bu gün Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə uşaq basketbolu məşqçiləri üçün seminar-təlimlərə start verilib.

Sport24.az xəbər verir ki, təlimdə Bakı şəhərini və respublikanın digər regionlarını təmsil edən 116 nəfər məşqçi iştirak edir.

Seminarın yekununda iştirakçılar nəzəri və praktiki hazırlıq üzrə imtahanda iştirak edəcəklər. Təlim tədris imtahanlarından müvəffəqiyyətlə keçən məşqçilər "C" kateqoriyalı sertifikat ilə təltif olunacaqlar.

Qeyd edək ki, seminar 3 gün davam edəcək.