WBA versiyası üzrə dünya çempionluğuna sabiq namizəd Aleksandr Ustinov karyerasını başa vurduqdan sonra sürücülük fəaliyyətinə başlayıb. Sport24.az xəbər verir ki, 45 yaşlı sabiq idmançı seçimi haqda bunları söyləyib: “Bəli, həyat elə gətirdi ki, karyeramı bitirmək qərarına gəldim. Minskdən dostlarımın köməyi ilə Moskvaya gələsi oldum. İndi sürücü işləyirəm, banklardan birinin vitse-prezidentini gəzdirirəm. Boksçu karyeramdan razıyam. Məhz idmanın sayəsində həyatın fərqli üzünü gördüm. Dünya və Avropa çempionu oldum, dünya gəzintisinə çıxdım, insanlarla münasibət qurdum, dostlar qazandım. Əlbəttə, daha yaxşı karyeram ola bilərdi, hərçənd karyeramdan razı qaldım”.

Xatırladaq ki, Ustinov karyerası ərzndə keçirdiyi 39 görüşün 35-də qalib gəlib və 4 görüşdə məğlub olub.