Boks üzrə sabiq dünya çempionu Aleksandr Usik ''KOLOSEUM'' adlı ''yutub'' kanalına diqqət çəkən açıqlama verib. Sport24.az xəbər verir ki, ən son britaniyalı Entoni Coşuanı hakimlərin qərarı ilə məğlub edən Usik peşəkar karyerasında hələ də heç kimə uduzmayıb (20 oyun, 20 qələbə).

36 yaşlı ukraynalı bildirib ki, heç bir rusiyalı boksçuya qarşı rinqə çıxmaz: ''İndi rusiyalı hər hansı bir boksçuya qarşı döyüşə biləcəyimi təsəvvürümə gətirmirəm. Düzünü desəm, heç özüm də bunu istəmərəm. Rusiyanı təmsil edənə qarşı heç bir şərtdə döyüşə çıxmaram. Digər tərəfdən, onlarda indi heç rəqibim ola biləcək bir boksçu da yoxdu''.

Qyd edək ki, Usik növbəti döyüşünü avqustun 26-da Polşanın Vrotslav şəhərində Daniel Dyubuaya qarşı keçirəcək. Döyüş avqustun 12-dən 26-na keçirilib. Usikin meneceri bunu Ukraynanın müstəqillik günü ilə əlaqələndirib. Amma Ukraynanın müstəqillik günü əslində avqustun 26-sı yox, 24-dü.