Hindistanın paytaxtı Nyu-Dehlidə keçirilən qadınlar arasında boks üzrə dünya çempionatında saxtakarlığa cəhd faktı aşkarlanıb. Sport24.az xəbər verir ki, Beynəlxalq Boks Assosiasiyasının (İBA)prezidenti Umar Kremlyov qadın adı ilə mundialda mübarizə aparmaq istəyən bir neçə kişi əlcək ustasını aşkarladıqlarını söyləyib: “Bizim üçün hər şeydən önəmli idmançıların düzgünlüyü və peşəkarlığıdı. Keçirdiyimiz DNK testləri nəticəsində özünü qadın kimi göstərən bir neçə saxtakar boksçu aşkarladıq. Testlər bizə onların xromosomlarının XY olduğunu göstərdi. Təbii ki, belələrini yarışlardan kənarlaşdırmalıydıq. İBA şəffaf və təmiz idmanın tərəfdarıdı!”