Boks üzrə sabiq dünya çempionu Zab Cuda Tayson Fyuri ilə Mayk Taysonun xəyali döyüşü haqda fikirlərini bölüşüb Sport24.az xəbər verir ki, o, WBC versiyası üzrə hazırkı dünya çempionunun Mayka rəqib olmadığını iddia edib: “Məncə, Maykla Fyuri rinqdə üz-üzə gəlsəydi, britaniyalı amerikalı üçün "hazır yem" olardı. Məsələ ondadır ki, indi superağır çəkidə döyüşənlər arasında Mayk Tayson kimi güclü olanı yoxdu. Heç kim Mayk kimi rəqibinə yaxınlaşıb onu bir zərbəsi ilə fırlada bilmir. Taysonun necə nəhəng boksçuları nokauta göndərdiyini yada salsanız, kifayət edər”.

Xatırladaq ki, bir müddət əvvəl Deontey Uaylder zərbəsinin Mayk Taysondan daha güclü olduğunu iddia etmişdi.