Son illər boks həvəskarları ən güclü əlcək ustaları arasında döyüşləri izləyə bilmir. Sport24.az xəbər verir ki, tərəflər maliyyə şərtlərini bəhanə gətirərək bir-biri ilə qarşılaşmaqdan imtina edir.

Əslində isə səbəb başqadı. Ən yaxşılar mümkün məğlubiyyətlə reputasiuyalarını korlamaq istəmir. Yarımağır çəki dərəcəsində sabiq mütləq dünya çempionu Roy Cons da vəziyyətlə barışmır. Amerikalı boksçu bütün bunların boksun nüfuzuna zərbə endirdiyini söyləyib: “Uduzmaqdan qorxursansa, qalib gələ bilməyəcəksən. Ən güclü boksçu ilə döyüşmək istəmirsənsə, burada nə işi var? Sadəcə, burada vaxt itirirsən. Ona görə də müasir boksu sevmirəm. Güclülər güclülərlə yarışmaq istəmir. İndi istənilən boksçu rəqibini məğlub edə bilər. Bu boksun bir hissəsidi. Amma ən güclü olmaq istəyirsən, hər bir sınağa hazır olmalısan. Çağırışa hazır deyilsənsə, özünə güclü deyə bilməzsən!”.