Beş müxtəlif çəki dərəcəsində sabiq dünya çempionu Floyd Meyvezer müasir boks təşkilatlarını tənqid edib. Sport24.az xəbər verir ki, məğlubedilməz sabiq amerikalı boksçu qurumları kəmər döyüşlərini yüksək səviyyədə təşkil edə bilməməkdə günahlandırıb.

Meyvezer hətta bunların fonunda öz təşkilatını yarada biləcəyini söyləyib: “Müxtəlif təşkilatların nümayəndələri ilə görüşməyə hazıram. Onlara artıq bu idman növünü mükəmməlləşdirmək lazım olduğunu söyləmək istəyirəm. Bunu indi bacarmasalar, fikrimcə, nə vaxtsa bu olacaq. Gün gələcək, mən özüm təşkilat təsis edib titul uğrunda döyüşlər keçirəcəm. Təsis etdiyim kəmər digərlərini kölgədə qoyacaq. Digər versiyalarda çempionun kimliyindən asıl olmayaraq, ən güclü təşkilatımın kəmərinə sahib olacaq”.