Əfsanəvi boksçu Məhəmməd Əlinin nəvəsi Niko Əli Uolş ardıcıl 6-cı döyüşündən qalib ayrılıb.

Sport24.az xəbər verir ki, Reyes Sançeslə qarşılaşmanın 2-ci raundunda bədən gövdəsinə sərt zərbələrdən sonra nokaut qeydə alınıb.

ABŞ-ın San Dieqo şəhərindəki “Pechanga Arena”da təşkil olunmuş qarşılaşmanın ardından Uolş deyib:

“Özümü mükəmməl hiss edirəm. Bu, xüsusi qələbədir, çünki revanş döyüşü idi. Ağır iş sayəsində göstərdim ki, yeni qalib özüməm. Hər bir qalibiyyətimin arxasında məşqçilərim və promouter Bob Arum kimi dahilər durur”.

Niko Əli Uolş peşəkar rinqdə bir il əvvəl, babasının məşhurlaşdığı ağ “Everlast” şortları ilə debüt edib. İndiyədək 5-i nokautla, 1-i isə hakimlərin qərarı ilə olmaqla, 6 qələbə qazanıb.